Xəbərlər

Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə orduda tədbirlər keçirildi

a9d1fd3c 0c87 38f8 9023 cbcd71950bd7 850

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə tədbirlər keçirilib.

Bu barədə Millinews.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Tədbirlərdə əvvəlcə Ulu Öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri ifa edilib.

Tədbirlər çərçivəsində ictimai-siyasi hazırlıq dərsləri təşkil olunub, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan videoçarxlar nümayiş etdirilib.

Çıxış edənlər Türkiyənin Cümhuriyyət bayramının Azərbaycanda təntənəli şəkildə qeyd edilməsindən, ölkələrimiz arasında münasibətlərin möhkəm qardaşlıq təməlləri üzərində qurulmasından danışıblar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu