Neftçalada qadın intihar edib: Cinayət işi başlanılıb
Neftçala rayonu, Xəzər kənd sakini 47 yaşlı qadın yaşadığı fərdi yaşayış evinin həyətində özünü asaraq intihar edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
İddia edilib ki, o, illərdir əri tərəfindən fiziki və psixoloji şiddətə məruz qalıb.
Qeyd edilib ki, qadın intihar etmədən əvvəl də əri tərəfindən döyülüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1976-cı il təvəllüdlü Neftçala rayonu, Xəzər kənd sakini Qızqayıd Xəlilovanın yaşadığı fərdi yaşayış evinin həyətində özünü asaraq intihar etməsı faktı ilə bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır:
“Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.