Xəbərlər

“Ciaran” qasırğası Fransanı iflic edib: 1,2 milyon insan…

fransa firtina afp 1899188 1

Fransada cövlan edən “Ciaran” qasırğası nəqliyyatda narahatlıqlara və elektrik enerjisinin kəsilməsinə səbəb olur.

Millinews.az xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərə görə, Fransanın şimal-qərb və qərbində yerləşən bölgələr qasırğanın təsiri altındadır. Həyəcan səviyyəsi 30 bölgədə “narıncı”, Manş, Kotes-d’Armor və Finister bölgələrində isə “qırmızı”ya yüksəldilib. Fırtınadan ən çox təsirlənən bölgələrdən biri olan Finisterdə magistral yollar nəqliyyata bağlanıb. Manş və Kotes-d’Armordakı sürücülərə isə yola çıxmamaq tövsiyə olunub.

Nəqliyyat naziri Klement Bon, Ena bölgəsində bir yük maşını sürücüsünün həyatını itirdiyini açıqlayıb. Fırtına hava nəqliyyatına da mənfi təsir göstərib. Bretan bölgəsindəki Brest hava limanı səhər saatlarına qədər bağlanarkən, Parisin Şarl de Qoll və Paris Orli hava limanlarında gün ərzində uçuşlarda gecikmələr olacaq.

Elektrik xətlərinə ziyan vuran fırtına səbəbindən 1,2 milyon insan günə işıqsız başlayıb. Kəsilmə baş verən yerlərdə elektrik xidmətlərinin bərpası üçün 3 minə yaxın texniki işçi ayrılıb.

Böyük Britaniya, İrlandiya, Fransa və Pireney yarımadasını əhatə edən və sürəti saatda 170 kilometrə çatan “Ciaran” fırtınasına görə güclü leysan və daşqın xəbərdarlığı edilir.

Nəzrin

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu