Xəbərlər

Azərbaycan futbolunda qalmaqal: Hakim meydandan qaçdı


Azərbaycan futbolunda növbəti qalmaqal baş verib.

Millinews.az sportinfo.az-a istinadən xəbər verir ki, hadisə II Liqanın «Göygöl» – «Şəki Siti» qarşılaşmasında (1:2) yaşanıb.

Belə ki, Göygöldə keçirlən matç axıra çatdırılmayıb. Rövşən Rəcəbovun başçılıq etdiyi hakimlər briqadası 83-cü dəqiqədə oyunu dayandırıb.

Buna səbəb ev sahibi komandanın onların qərarına sərt və davamlı etirazıdır. Belə ki, göygöllülərin 3 futbolçusu ikinci hissədə qırmızı vərəqə alıb.

Həmçinin baş məşqçi Araz Mansurov texniki zonadan uzaqlaşdırılıb. Narazılığı bitməyən qərb təmsilçisinin oyunçuları «fit sahibləri»nə təzyiq göstərib.

Döyüləcəklərindən qorxan «ədalət təmsilçiləri» final fitini səsləndirmədən hakimlər otağının yolunu tutub.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu