Xəbərlər

İsrail vətəndaşlarına xəbərdarlıq etdi: Bu ölkələrdən çıxın

israil bayrak reu 1477982 1

İsrail vətəndaşlarının davam edən müharibəyə qəzəbli olanların hədəfinə çevriləcəyindən qorxaraq Misir, İordaniya və Mərakeşə səyahət qadağası ilə bağlı xəbərdarlıq edib.

Millinews.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Milli Təhlükəsizlik Agentliyi, Baş Nazirlik və Xarici İşlər Nazirliyindən verilən mesajda Misir (Sinay yarımadası da daxil olmaqla) və İordaniya üçün xəbərdarlıq səviyyəsi 4-ə yüksəldilib və bu ölkələrdəki bütün israilliləri tez bir zamanda oranı tərk etməyə çağırılıb.

Mərakeş üçün təhlükə səviyyəsi 3-ə qaldırılıb və israillilərdən vacib olmayan səyahətlərdən çəkinmələri xahiş olunur.

“Son günlərdə müharibə davam etdikcə, dünyanın müxtəlif ölkələrində, ilk növbədə Yaxın Şərqin ərəb ölkələrində İsrailə qarşı etirazlar, eləcə də İsrail və yəhudi simvollarına qarşı düşmənçilik və zorakılıq daha da əhəmiyyətli dərəcədə artıb”, – xəbərdarlıqda deyilir.

Mesajda əlavə olaraq bütün Yaxın Şərq/Ərəb ölkələrinə, o cümlədən Türkiyə, Misir (Sinay daxil olmaqla), İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeşə səyahətdən çəkinməyin tövsiyə edildiyi bildirilir.

Həmçinin Malayziya, Banqladeş, İndoneziya və Maldiv adaları kimi ölkələrə səyahət etməkdən çəkinmək tövsiyə olunur.

Tural

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu