Xəbərlər

Onu 6-cı raundda nokauta göndərəcək

tayson fyuri

WBC versiyasında ağır çəkili kəmər sahibi Tayson Fyuri (33-0-1, 24 KO) Frensis Nqannunu neçə raundda nokaut etməyi planlaşdırdığını söyləyib.

Millinews.az xəbər verir ki, Tayson olduqca iddialı danışıb və rəqibini əzəcəyini bildirib.

“Mən onu altı raundda nokaut edəcəyəm. Qollarımı yuxarı qaldırıb döyüşəcəm. Mən onu gürzlə vuracağam, 120+ kq üzünə çırpılacaq.

Mən Nqannanı əzəcəyəm, gözləri üzməyə başlayacaq və döyüləcək – nokaut. Mən geri çəkilmədən irəli gedəcəyəm. Heç kim mənim gücümə tab gətirə bilməz, heç kim. Ağır çəkililərin şansı yoxdur.

Düşünürəm ki, Nqanno böyük oğlandır, güclü, rinqdə macəra və təhlükəyə hazırdır. Çoxlu boksçular olub ki, mənimlə döyüşmək təklif olunub, lakin onlar imtina ediblər”, – Fyuri bildirib.

Oktyabrın 28-də Fyuri Səudiyyə Ərəbistanında keçmiş UFC çempionu Frensis Nqannu (17-3) ilə 10 raundluq döyüş keçirəcək. Döyüş üç hakimin iştirakı ilə peşəkar boks qaydalarına uyğun keçiriləcək. Mayk Tayson Nqannuya bu döyüşə hazırlaşmağa kömək edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu