Xəbərlər
Prokurorun sualına Vaqifin cavabı: Heç özüm də bilmirəm
Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri – Vaqif Xaçatryanın bu gün növbəti məhkəmə prosesi keçirilir.
Millinews.az-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində baş tutan iclasda zərərçəkmiş İbadullayev Niyaz çıxış edib.
Zərərçəkən qeyd edib ki, hadisə zamanı orada olmamışam:
“Qardaşım şəhid olub. Kəndin yuxarısında onu gülləliyiblər. Nə qədər qohumum şəhid olub. Bu cinayətkarlar onları öldürüblər”.
Prokuror Vaqifə sual verib: “Kənd camaatı ilə aranın yaxşı olduğunu deyirsən. Bəs niyə bura gələn hamı sənin adını çəkir?”
Vaqif Xaçatryan bildirib ki, heç özüm də bilmirəm: “Burada ancaq mənəm. Ona görə də mənim adım hallanır”.
Aysel Şahmar