İdman

Müəllimlərə ŞAD XƏBƏR – Maaşlara əlavələr olunacaq

Kənddə çalışan müəllimlərin əməkhaqqılarına əlavənin ödənilməsi üçün 20,1 milyon manat yönəldiləcək.

Publika.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “Vətəndaşın büdcə bələdçisi”ndə qeyd olunub.

Belə ki, pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9,9 min nəfərdən çox gənc mütəxəssisin kənd yerlərində yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların yol, əmlakın daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın və aylıq əməkhaqqına əlavənin ödənilməsi üçün 20,1 milyon manat yönəldiləcək.

137 min nəfər müəllim heyətinin sertifikatlaşma proqramında iştirakı və uğur qazanan heyətin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin verilməsinə 212,8 milyon manat vəsait xərclənəcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu