Azərbaycanlıların “sevimlisi” Ovannisyan vəzifə aldı
44 günlük müharibədən azərbaycanlılara öz yalanları ilə yaxşı tanış olan, döyüşdə aldıqları zərbələri “xüsusi məharətlə” təqdim edən və buna görə də barəsində çoxsaylı lətifələr yaranan Ermənistan MN-in sabiq mətbuat katibi Artsrun Ovannisyana yeni vəzifə verilib.
Millinews.az axar.az-a istinadən xəbər verir ki, erməni mediası onun Müdafiə Nazirliyinin Vazgen Sərkisyan adına Hərbi Universitetinin komanda-qərargah şöbəsinin rəisi təyin edildiyini yazıb.
Bildirilir ki, o, hərbi fənlərdən dərs deyəcək.
Qeyd edək ki, Ermənistan ordusunun kapitulyasiyasından dərhal sonra vəzifədən çıxarılan Ovannisyan bir müddət cəmiyyətdən gizlənmişdi, çünki yalanlarına görə çoxsaylı qınaqlarla üz-üzə qalmışdı. Daha sonra isə yoxa çıxmasını “infarktdan müalicə olunması” ilə əlaqələndirmişdi.