Xəbərlər

Millinews.az – “Dövlətçiliyimizin təməlindəki 100 illik mina

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Müstəqil dövlətçilik tariximizdə 15 oktyabr 2003-cü il Prezident İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi ilə ümummilli zəfərimizə gedən yolun başlanğıcına çevirildi. Hakimiyyətinin ilk günlərindən Prezident İlham Əliyev ordu quruculuğunu dövlət siyasətimizin ən əsas prioritetlərindən biri kimi müəyyənləşdirdi”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib. O bildirib ki, bu çətin vəzifə özlüyündə bir sıra mühüm komponentləri ehtiva etməklə, həm də qarşıya qoyulmuş millli vəzifənin yerinə yetirilməsi üçün güclü iqtisadiyyatın olmasını zəruri edirdi:

“Buna paralel olaraq vətənpərvər gənc nəslin yetişdirilməsi, ordunun peşəkar keyfiyyətlərə sahib şəxsi heyətdən komplekləşdirilməsi, onun texniki və hərbi təchizatı, daim yenilənən hərbi sənayenin və texnologiyaların ən son nailiyyətlərindən istifadə olunması da güclü ordu yaratmağın əsas şərtləri idi. Ancaq bu da məsələnin hamısı deyildi. Çünki torpaqlarımızın işğaldan azad edilməsi hər nə qədər güclü və intizamlı ordunun olmasını tələb edirdisə, bir o qədər də güclü strateji siyasətin və diplomatiyanın səylərini zəruri edirdi. Azərbaycan öz prezidentinin rəhbərliyi altında bu mürəkkəb tarixi vəzifənin öhdəsindən layiqincə gəlməyi bacardı. 2003-cü ildən sonra ilk növbədə hərbi xərclər 15 dəfədən çox artırıldı, ordumuz ən müasir silahlar və texnika ilə təchiz olundu, tarixdə ilk dəfə ölkəmizdə milli müdafiə sənayesi  yaradıldı, 20-dən çox hərbi zavodda, 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalına başlanılandı, silahlı qüvvələrimizin döyüş qabiliyyəti, hərbçilərimizin peşəkarlığı, bilik və təcrübi bacarıqları daima təkmilləşdirildi, hərbçilərimizin xidmət və məişət şəraitinin yaxşılaşdırılması həmişə diqqət mərkəzində saxlanıldı. Beləliklə, Milli Ordumuz ən mürəkkəb tapşırıqları icra etməyə qadir olan  dünyanın ən güclü orduları sırasına daxil oldu”.

H. Babaoğlu xatırladıb ki, nəticədə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında son iki yüzillik tariximizin zəfər salnaməsi salnaməsi salındı:

“Bu zəfər xalqımızı məğlub edilmiş xalqdan qalib xalqa çevirdi. İşğalçı Ermənistan və hamiləri unutda bilməyəcəkləri dərs aldı. Torpaqlarımızın hər qarşı düşmən tapdağından qurtardı. Ümummilli arzumuz olan Böyük Qayıdış başladı. Vətən müharibəsindən keçən 3 il müddətində Zəngilana, Füzuliyə, Laçına qayıdış başladı. Qısa müddət ərzində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında nəqliyyat və kommunikasiya, enerji və su kommunikasiyaları yaradılmağa başlandı. 19-20 sentyabr 2023-cü il tarixində cəmi 23 saat ərzində, 1923-cü ildə yaradılaraq dövlətçiliyimizin təməlinə uzunmüddətli mina kimi yerləşdirilmiş 100 illik, Dağlıq Qarabağ problemi birdəfəlik və həmişəlik həll edildi. Beləliklə, Xankəndinin, Ağdərənin, Xocalının, Xocavəndin azad edilməsi ilə tarixi qələbəmizin son akkordları vuruldu. Bu həm də möhtəşəm 20 ilin zəfər tacı oldu. Hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız yeni reallığın yatardığı yeni milli vəzifələri və çağırışlarla mükəlləfdir. Əminliklə deyə bilərik ki, tariximizin ən çətin imtahanından alnıaçıq çıxmış, ölkəmizdə formalaşan xalq-iqtidar vəhdəti bu tarixi çağırışların da öhdəsindən layiqincə gələcək”.

Xatırladaq ki, 2023-cü il oktyabr ayının 15-də Prezident İlham Əliyevin ilk dəfə ölkə başçısı seçilməsinin 20 ili tamam olub.

Aysel Aslan 

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu