Xəbərlər
Malik Vəliyevə vəzifə verildi
Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Publik Hüquqi Şəxsinin İdarə Heyətinə yeni sədri təyin edilib.
Millinews.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müvafiq əmrlə bu vəzifəyə Malik Kamran oğlu Vəliyev gətirilib.
Malik Vəliyev indiyədək həmin qurumda sədrinin müavini vəzifəsini tuturdu.
Qeyd edək ki, bu ilin iyun ayında Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Publik Hüquqi Şəxsinin İdarə Heyətinin 39 yaşlı sədri Emin Rəsulov ürək tutmasından dünyasını dəyişib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.