Xəbərlər
“Real” bu faizlə kredit istəyir
“Real” kredit götürmək istəyir.
Millinews.az xəbər verir ki, Madrid klubu infrastukturun yaxşılaşdırılması üçün böyük məbləğə ehtiyac duyur. Bu barədə “Marca” məlumat yayıb.
“Qalaktikos” “Santyaqo Bernabeu” stadionunun rekonstuksiyasını tamamlamaq üçün bu addımı atacaq. Arenanın ərazisində parkinq xidmətini yaxşılaşdırmaq, eyni zamanda idman qurğusunun ətrafını ən müasir şəkildə təmir etdirmək üçün belə vəsaitə ehtiyac var.
Kreditin ümumi məbləği 375 milyon avro olacaq. “Real” bu məbləği 4,7 illik faizlə 30 il müddətinə qaytarmaq niyyətindədir. Bir neçə bankla ilkin danışıq olub və ilin sonunadək əməli addım atılacaq.
Heybət