Xəbərlər
Quterreşdən XƏBƏRDARLIQ : “Dünya uçurumun astanasındadır”
“Dünya uçurumun astanasındadır və daha çox insan zərər çəkmədən tədbir görülməlidir”.
Millinews.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş 24 Oktyabr – Birləşmiş Millətlər Təşkilatı Günü münasibətilə “X” sosial platformasında yazıb.
“Bu gün BMT Nizamnaməsinin qüvvəyə minməsinin 78-ci ildönümüdür. Bu kritik saatlarda mən hər kəsi zorakılıq nəticəsində daha çox insanın həyatına son qoymadan və bu, daha da yayılmadan uçurumdan geri çəkilməyə çağırıram”, – deyə baş katib bildirib.
Qeyd edək ki, hər il oktyabrın 24–ü Birləşmiş Millətlər Təşkilatı Günü kimi qeyd olunur. Bu tarix BMT Nizamnaməsinin 1945-ci il oktyabrın 24-də qüvvəyə minməsi ilə əlaqədar Baş Assambleya tərəfindən 1947-ci il oktyabrın 31-də təsis olunub.