Xəbərlər

HƏMAS təslim olmalı və bütün girovları azad etməlidir

corc dik yeni

Müharibənin dayanması üçün HƏMAS təslim olmalı və bütün girovları azad etməlidir.

Millinews.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” hesabında yazıb.

O qeyd edib ki, HƏMAS bunu etməsə, İsrail tam qələbə qazanana kimi geri çəkilməyəcək.

Səfir hazırda HƏMAS-ın iki məqsədi olduğunu vurğulayıb: “Birinci məqsəd bütün yəhudiləri və israilliləri öldürmək, ikinci məqsəd isə nəyin bahasına olursa-olsun, sağ qalmaqdan ibarətdir”.

Corc Dik İsrailin də məqsədindən söz açıb: “İsrailin məqsədi heç bir israilli uşağın terrorçunun onu öldürməsindən narahat olmayacağına əmin olmaqdır”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu