İdman

“Napoli” ilə oyunda “Qarabağ”ın futbolçuları arasında dava: Səbəb nə olub? – VİDEO

“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Pedro Bikalyo mübahisə edib.

Bu, UEFA Çempionlar Liqasının 5-ci turunun “Napoli” ilə oyunu zamanı baş verib. Onlar arasında gərginlik 56-cı dəqiqədə İtaliya təmsilçisi penalti yerinə yetirərkən yaşanıb.

Futbolçular bir-birilərinin üzərinə qəzəbli şəkildə şığıyıblar. Komanda yoldaşları onları dərhal sakitləşdiriblər və gərginliyin artmasına imkan verməyiblər.

Yarımmüdafiənin mərkəzində tandem təşkil edən futbolçular, böyük ehtimalla penalti epizodunda bir-birilərini günahkar çıxarmağa çalışıblar. Bikalyo Yankoviçin rəqib futbolçu ilə mübarizədə kobudluq edərək 11 metrlik cərimə zərbəsinə səbəb olmasından, monteneqrolu futbolçu isə braziliyalı komanda yoldaşının rəqib hücumu zamanı mövqe səhvinə yol verməsindən narazı qalıb.

Qeyd edək ki, görüş “Napoli”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.//MilliTv.NET

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu