“Cümhuriyyətimizin 100 ilini qardaş Azərbaycanda keçirməkdən qürurluyuq”
“Cümhuriyyətimizin 100 ilini qardaş Azərbaycanda keçirməkdən qürurluyuq”.
Millinews.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 ili münasibətilə verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib.
“Liderlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin birgə fəaliyyəti bizim qarşımızda yeni hədəflər qoyub. Hədəfimiz iki ölkə arasındakı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır. Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi qardaş ölkəni eyni zamanda müttəfiqlik səviyyəsinə qaldırıb. Bundan sonra da daha ədalətli bir dünya üçün mübarizəyə davam edəcəyik. 2023-cü il yeni Türkiyə əsrinin başlanğıcıdır və bu yüz il inkişafın, rifahın, sülhün və dayanıqlı gələcəyin əsri olacaq”.