İdman

“Qarabağ”ın YENİ HÜCUMÇUSU – Görün kimi gətirir

“Qarabağ”ın Belçikanın 2-ci liqa təmsilçisi “Lyej”də çıxış edən Umar Diufla maraqlandığı barədə məlumat vermişdik.

Sport1.az xəbər verir ki, adıçəkilən ölkənin “Walfoot” nəşri seneqallı hücumçunun gələcəyi ilə bağlı yeni detalları yayıb. Məlumata görə, Diuf hazırda bir neçə Avropa klubunun diqqət mərkəzindədir və ona olan maraq artmaqdadır.

Futbolçu isə transfer mövzularına birbaşa qarışmadığını bildirib. Diuf qeyd edib ki, bu məsələlər agenti tərəfindən idarə olunur və o, hazırda bütün diqqətini mövsümün qalan oyunlarına yönəldib:

“Transferlə bağlı konkret məlumatım yoxdur. Bu işlə agentim məşğul olur. Mən isə diqqətimi oyunlara cəmləmişəm. Müəyyən söz-söhbətlərin olduğunu eşidirəm, amma buna sakit və təzyiqsiz yanaşıram. Ambisiyalarım var, əsas məqsədim inkişaf etmək və hər gün bir addım irəli getməkdir”.

Qeyd edək ki, daha əvvəl mətbuatda “Qarabağ”ın Umar Diuf üçün “Lyej” klubuna 1,2 milyon avro məbləğində təklif göndərdiyi iddia olunmuşdu.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu