Azərbaycan xizək alpinizmi üzrə beynəlxalq yarışa evsahibliyi edəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan 2024-cü ildə Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (“International Ski Mountaineering Federation” – ISMF) Plenar Assambleyasına və xizək alpinizmi üzrə beynəlxalq yarışına ev sahibliyi edəcək.
Azərbaycan Qış İdmanı Növləri Federasiyasından verilən məlumata görə, bununla bağlı qərar oktyabrın 14-də baş tutan Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyasında qəbul edilib.
Toplantıda təqdimatla çıxış edən Azərbaycan Qış İdmanı Növləri Federasiyanın baş katibi Günel Bədəlova gələn il Plenar Assambleyanın və xizək alpinizmi üzrə ISMF beynəlxalq seriya yarışının Azərbaycanda keçirilməsi ilə bağlı təkliflə çıxış edib.
Səsvermə nəticəsində hər iki tədbirin 2024-cü ildə Azərbaycanda keçirilməsinə dair qərar qəbul edilib və yarış federasiyanın təqvim planına əlavə olunub.