Qəzzada bu beynəlxalq təşkilatın 57 əməkdaşı həlak olub
Qəzzada 57 BMT əməkdaşı həyatını itirib.
Millinews.az “CNN Türk” kanalına istinadən xəbər verir ki, İsrailin hava hücumlarını dayandırmadığı Qəzza zolağında indiyədək Birləşmiş Millətlər Təşkilatının 57 əməkdaşı həlak olub. Bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin baş komissarı Filip Lazzarini məlumat açıqlayıb.
O, ölənlərin sayının yalnız hücumlar deyil, həmçinin həyati resursların olmaması səbəbindən artacağını bildirib.
Mehti Kamiloğlu