Xəbərlər
Məşhur 1,5 milyon dollarlıq saatı ilə GÜNDƏMDƏ
Dünyanın ən bahalı futbolçularından biri kimi tarixə düşən Kriştiano Ronaldo yenidən 1 500 000 dollarlıq (təxminən 2 milyon 550 min manat) saatı ilə gündəm yaradıb.
Millinews.az xəbər verir ki, inanılmaz sərvət dəyərində saat kolleksiyası olan futbolçu dünən gecə Ər-Riyadda keçirilən boks gecəsinə qatılıb. Futbolçunu müşayiət edən həyat yoldaşı Corcina Rodrigez gecədə çəkdiyi kadrları ənənəsinə sadiq qalara instaqramda paylaşıb. Onun xüsusilə Ronaldo ilə selfisi maraqla qarşılanıb. Belə ki, fotoda Ronaldonun qolunda “Franck Muller” brendinə aid olan saatı diqqət çəkib.
“Franck Muller” saatı təəccüblü dərəcədə nadir olan turbillona malikdir. Ağ qızıldan olan saat brilyantlarla bəzədilib. Saatın dəyəri 1,5 milyon dollar qiymətləndirilir.