Ölkə

Körpəsi atasını görə bilmədi – Balakənə Aktaudan ilk cənazə gəldi

Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib. 

Lent.az-ın məlumatına görə, Balakən rayon sakini, 1998-ci il təvəllüdlü Ramazan Nəriman oğlu Filiyevin nəşi doğulduğu rayona gətirilərək bu gün səhər saatlarında  ailəsinə təhvil verilib. R.Filiyev Şərif kənd qəbiristanlığında dəfn olunacaq. 

Qeyd edək ki, R. Filliyev iki il əvvəl ailə həyatı qurubmuş və onun 10 aylıq körpəsi var. 

R. Filiyev Qroznıya işləmək üçün gedirdi. 

Qeyd edək ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15 nəfəri Balakən rayon sakinləri olub, onlardan 10 nəfəri qəza zamanı həyatını itiriblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu