Xəbərlər

Millinews.az – 2005-ci ilin arxiv görüntüləri: Əsgəranda ermənilərin azərbaycanlılarla dostluq əlaqələrini müzakirəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə 2005-ci ildə Azərbaycanın Xocalı rayonunun Əsgəran qəsəbəsində ermənilərin toplantısını əks etdirən arxiv görüntüləri yayılıb.

Tədbirdə vəziyyətin müsbət yöndə həll olunacağı təqdirdə azərbaycanlılarla dostluğun davam etməsi müzakirə olunur. Amma sakinlər buna etiraz edir, qovulmuş azərbaycanlıların geri qayıtmasını istəmədiklərini deyirlər. Onlardan yalnız biri azərbaycanlılarla dostluğun davam etməsinin tərəfdarı olduğunu bildirir:

“Mən öz bildiyimi, gördüyümü deyirəm. Ağdamda mən avtomobil qəzasına düşmüşdüm. Bir azərbaycanlı maşınımı öz həyətində gizlətdi ki, yol polisi tutmasın. Bu olub! Məgər bu, dostluq deyil? Bunu partiya əmr etmişdi?”

Bu zaman yanındakı erməni bunun dostluq deyil, sadəcə, zərərçəkənə kömək olduğunu deyir. Sakin isə öz sözünün üstündə duraraq həmin qonşusundan soruşur:

“Məgər düşmən düşmənə kömək edər?”

 

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu