Xəbərlər

Bu şəxslər üçün fond yaradıldı

Gürcüstanda Ukrayna uğrunda döyüşən “Gürcüstan legionu”na dəstək fondu yaradılıb.

Millinews.az “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, sözügedən fond legionun fəaliyyəti və döyüşçülərinin ehtiyacları üçün vəsaitin toplanması üçün əsas mənbə kimi nəzərdə tutulub.

Qeyd edək ki, Gürcüstan legionunun sıralarında 1300-ə yaxın döyüşçü var. O, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə tabedir.

Məlumata görə, Rusiya-Ukrayna müharibəsi başlayandan legionun artıq 50-dən çox hərbçisi həlak olub.

Mehti Kamiloğlu


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu