Maqazin
Zövq savadlı olmaqdan daha vacibdir – Vüsalə
Aparıcı Vüsalə Əlizadə insanda zövqün savad və görüntüdən daha vacib olduğunu deyib.
O, “İncə səhər” verilişində bildirib:
“Savad və görüntü önəmlidir, amma zövqün yoxdursa, sən daim bataqlığa qaçacaqsan. Zövqün varsa, pisin içindən bir yaxşını tapıb göstərəcəksən. Seçdiyin mahnı olsun, geyim olsun, zövq çox önəm daşıyır. Onsuz da geyimindən bilinir ki, sən kimsən”. / olay.az