MaqazinÖlkə

Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül

Son illərdə Azərbaycanda estetik əməliyyatlar nəticəsində gənclərin həyatını itirməsi halları artmaqdadır. Bu hadisələr, bir daha göstərir ki, estetik əməliyyatlar zamanı mütəxəssis həkimlərə müraciət etmək olduqca vacibdir.

Oxu.Az mövzu ilə bağlı araşdırma aparıb.

Məsələn, 2023-cü ilin iyul ayında 29 yaşlı Aybəniz Almuradova liposaksiya əməliyyatı üçün “Reo-Med” klinikasına müraciət edib, əməliyyat zamanı bədəninə infeksiya düşüb və bu səbəbdən həyatını itirib.

71f91b51dc8eade46063c709e4d36f56ekran kli 2024 12 20 105546 png

Digər bir hadisə isə 2016-cı ildə baş verib. 17 yaşlı Aygül Orucova burnundan estetik əməliyyat olunub və narkozdan ayılmayaraq vəfat edib. Bu hadisə, estetik əməliyyatların risklərini bir daha gündəmə gətirib.

406736688fc87443e7efa5ca6dd9a819ekran kli 2024 12 20 105549 png

Estetik əməliyyatı zamanı komaya düşən 23 yaşlı Arzu Əzimova tibbi müdaxilələrə baxmayaraq, 2023-cü ilin may ayında vəfat edib. Məlum olub ki, o, Sabunçu rayonu ərazisindəki “Medicare” özəl klinikasında rinoplastika əməliyyatı (estetik burun əməliyyatı) etdirib və orada komaya düşüb.

6be0eb82f5aa39ed89f4795e875b71daekran kli 2024 12 20 105555 png

Yanvarın 18-də “Elmed” Tibb Mərkəzinin həkimi otolarinqoloq (LOR) Natavan Əliyeva Günay Əliyevanı burun əməliyyatı edəndən 3 gün sonra pasiyent vəfat edib.

ef6dbbe82515265f4a6bcce12a4a99b4ekran kli 2024 12 20 105559 png

1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva da keçirdiyi burun əməliyyatından sonra ölüb.

Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində üç dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.

edcebc055014c1619a1c7525cfdd97a8ekran kli 2024 12 20 105605 png

“Zəfəran Hospital”da əməliyyat olunan Leyla adlı 22 yaşlı qız 2 gün sonra vəfat edib.

Modelliklə məşğul olan qız 21 iyun tarixində ailəsinə xəbər vermədən liposaksiya (piysovurma) əməliyyatına girib. Əməliyyata girən qız rəfiqəsinə mesaj yazıb və onu hospitala çağırıb.

Əməliyyatdan bir neçə gün sonra isə gənc qız vəfat edib. Ölümün hansı səbəbdən baş verdiyi bəlli olmasa da, müxtəlif versiyalar səslənir. Belə ki, mərhumun böyrək çatışmazlığından öldüyü bildirilir. Ailəsi isə Leylanın vəfatında həkimin günahkar olduğunu iddia edir.

a7813e8685427ef2780b1cd38be9dc5cekran kli 2024 12 20 105608 png

“Medera” Hospitalda qeydiyyatçı işləyən Aygün plastik cərrah Günel Bayramlıya bədənşəkilləndirmə əməliyyatı etdirib. Əməliyyatdan sonra xanım özünü narahat hiss etdiyini bildirsə də, həkim buna əhəmiyyət verməyib və xanımı evə buraxıb. Evdə halı daha da pisləşən Aygün tromplaşmadan dünyasını dəyişib.

33efdeca0443a5f54e11f7371e9282b4ekran kli 2024 12 20 105613 png

Bu cür hadisələr, estetik əməliyyatların risklərini və mütəxəssis həkimlərə müraciətin vacibliyini bir daha vurğulayır. Estetik əməliyyatlara müraciət etməzdən əvvəl, mütəxəssis həkimlə məsləhətləşmək və əməliyyatın risklərini diqqətlə qiymətləndirmək önəmlidir.

Mütəxəssislər plastik əməliyyat etdirənlərin təxminən 60%-nin yeni görünüşlərindən razı olmadığını bildirirlər. Bu narazılığın səbəbləri arasında sosial mediada qeyri-real gözəllik standartlarının təbliği və şəxsi narazılıqlar yer alır.

Bundan əlavə, bəzi estetik əməliyyatlar ciddi fəsadlara yol açır.

Ümumiyyətlə, estetik əməliyyatların artması ilə bağlı narahatlıq doğuran hallar mövcuddur. Bu səbəbdən, estetik əməliyyatlara maraq göstərən şəxslərin etibarlı və təcrübəli həkimlərə müraciət etmələri, əməliyyatların risklərini və mümkün fəsadlarını diqqətlə nəzərdən keçirmələri vacibdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu