İdman

“İtə-pişiyə çəkdiyiniz sığaldan ərinizə də çəkin”

Müğənni Ofelya Şabanovanın açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, sənətçi bəzi qadınların ev heyvanlarına münasibətini tənqid edib. O bildirib ki, qadınlar pişik və itləri qucaqlarına alıb sevgi ilə sığallayaraq “gözəl pişiyim, itim var” deyirlər:

“Görürəm ki, qadınlar pişiyi qucaqlarına götürüb elə sevgi ilə sığallayırlar ki, adam heyrətə gəlir. Deyirəm, o pişiyə çəkdiyiniz sığalı ərinizə də çəkin. Bəzi xanımlar ərini heyvandan da aşağı dəyərləndirirlər”.

Müğənninin bu sərt fikirləri izləyicilər arasında birmənalı qarşılanmayıb və geniş müzakirələrə yol açıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu