Nadir Qafarzadə kişilərin hamilə xanımlarının qarşısında diz çökərək qarınlarından öpməsi hərəkətini sərt şəkildə tənqid edib.
Millitv.net olay-a istinadla xəbər verir ki, bu barədə o, “Rəngarəng” verilişində danışıb.
O bildirib: “Birdə görürsən ki, kişi öz hamilə xanımının yanında diz çöküb qarnından öpür. Rəzil oldunuz, bəsdirin! Bax bu məsələlərə görə kişilərin qiyməti yoxdur. Dəyər düşüb…
Kişi də diz çöküb o qarını öpər? Bildik də sənlikdir, başa düşdük. Abır gözəl şeydir, amma olan üçün. Ona görə də bəzi kişilərin hərəkətləri onları çəkidən salıb plintus səviyyəsinə.
Evdə qadın hökmranlıq edir. Edir, əcəb edir, öpürəm o arvadı. Halaldır ona. Özünüzə hörmət edin. Xanımların sosial şəbəkədə olmalarını anlayıram, amma kişilərin deyil. Sizə axı nə olub bütün günü sosial şəbəkələrdəsiniz?!”