MaqazinÖlkə

Xalq artisti Alim Qasımovun qızı: “Ona haqqımı halal etmirəm”

Əməkdar artist Fərqanə Qasımova “Həftənin qonağı” verilişdə qonaq olub.

Xanəndə aparıcının “Uşaqlarınız atası ilə ünsiyyət saxlayırlar?” sualına belə reaksiya verib.

“Bu mövzulara çox girmək istəmirəm. Tamaşaçılara həmişə hər şey maraqlıdır. Amma düşünürəm ki, nə etmişəmsə, özüm üçün etdim. Bu gün əgər ismətimi, adımı, qadın obrazımı sənətdə, ailədə saxlamışamsa, özümə görə etmişəm. Çünki onu başqasına görə saxlasaydım, xalqın bəzi sözləri mənə pis təsir edərdi. Şərhləri oxuyuram. Bilib-bilmədikləri şeyləri yazmaq, bir insanın haqqına girməkdir. 20 ildir həyatını qoruyub saxlamış, 4 övladı ilə nələrdən keşmiş qadının yaşadıqlarını bilmədikləri halda ünvanına istədikləri anda nəsə yazmaq onun haqqına girməkdir. Haqqımı heç vaxt o insanlara halal etmirəm. Günaha girməsinlər. Əlbəttə onlara maraqlıdır, görəsən Fərqanənin övladlarının ataları ilə əlaqəsi var? Ata tərəf necədir? Fərqanə otursun burada qəşəng qeybət qırsın ki, baxımlı veriliş olsun. Keçdiyim ömür səhifələrini burada bir anda açmaqla özümə hörmətsizlik etmiş olaram. Çünki həyatımı incə-incə, yüz ölçüb bir baxmışam. Buna görə də, onları asan şəkildə kiməsə izah etmək istəmərəm”.

Qeyd edək ki, F.Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşı Elnur Mövlamovdan ayrılıb. Xalq artisti Alim Qasımovun evindən pul və qızıl-zinət əşyalarını oğurladığına görə həbs edilən kürəkəni Elnur 8 il azadlıqdan məhrum edilib.

İkilinin 4 övladı var.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu