Ölkə

Bakıda moped sürücüsünü hədələyən şəxs saxlanıldı – FOTO

Bakıda moped sürücüsü hədələnib.

Bu barədə sosial şəbəkələrə məlumat yayılıb. 

Belə ki, “KIA Optima” markalı 90-HJ-989 dövlət nömrə nişanlı avtomobilin sürücüsü paytaxtda qayda pozub.

Moped sürücüsü ona irad bildirib. Nəticədə həmin şəxs onu bıçaqla hədələyərək deyib ki, bıçağı soxub, ciyərini çıxardaram sənin. 

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev sorğuya cavab olaraq bildirib ki, sosial şəbəkələrdə moped sürücüsünün soyuq silahla hədələnməsi ilə bağlı paylaşılan görüntülər araşdırılıb:

“Polis əməkdaşları tərəfindən əməli törədən N.Vəliyev müəyyən olunaraq saxlanılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə – əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

DİN-in mətbuat xidmətinin əməkdaşı polis baş leytenantı Nurlan Əliyev bildirib. O qeyd edib ki, polis əməkdaşları tərəfindən əməli törədən N.Vəliyev müəyyən olunaraq saxlanılıb.

İş üzrə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.(OXU.AZ)

790eeef6 b6b5 4833 b2db 75c1174be301

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu