ÖlkəMaqazin

255 minlik BMW, vip nömrə, bahalı tərz… – Balaəliylə bağlı şok iddia – FOTO

Meyxanaçı Balaəli Maştağalının (Bala Əli Rzayev) bir müddət öncə özünə lüks avtomobil alması müzakirələrə səbəb oldu. 

37 yaşlı söz ustadının BMW X7 markalı avtomobilinin 2023-cü il modelinin qiyməti 255 min manatdır. 

Balaəlinin zəngin həyat tərzi keçirməsinə şübhə edənlər də var. Bəzi adamlar düşünür ki, meyxanaçının idarə etdiyi bahalı avtomobillər, o cümlədən görüntülərdə əks olunan bahalı nömrələr başqalarına məxsusdur. Tanınmış jurnalist Pərviz Həşimli də sözügedən avtomobilin Balaəliyə aid olmadığını iddia edib. Onun sözlərinə görə meyxanaçı tez-tez lüks avtomillərin yanında dayanaraq şəkil çəkdirir və özünü zəngin göstərməyə çalışır.

Qeyd edək ki, Balaəlinin 77-BM-777 nömrəli qeydiyyat nişanı bu ilin may ayında 38 min manata satışa çıxarılmışdı. / Yenisabah.az

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu