Ukrayna qorxur və ABŞ-dan təkidlə bunu xahiş edir
Ukrayna hakimiyyəti ABŞ-dan Ukrayna Silahlı Qüvvələrinə (AFU) silah tədarükünü artırmağı xahiş edir.
Millinews.az xəbər verir ki, bu barədə “Politico”nun köşə yazarı Lara Seliqman yazıb.
Onun hesabatına görə, Ukrayna nümayəndə heyəti bu yaxınlarda ABŞ-a səfər edib və orada Amerika hakimiyyətinə yeni silahlar və Ukrayna Silahlı Qüvvələrinin əsgərləri üçün təlimlər daxil olmaqla “istək siyahısı” təqdim edib.
Bununla belə, jurnalist onu da qeyd edir ki, Vaşinqtonun Kiyevə dəstəyi ABŞ Nümayəndələr Palatasına yeni spiker seçilməsi və Yaxın Şərqdə vəziyyətin pisləşməsi səbəbindən təhlükə altında ola bilər.
Bundan əvvəl xəbər verilmişdi ki, Ukrayna prezidentinin aparat rəhbəri Andrey Yermak ABŞ Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi komitəsinin üzvü, demokrat Erik Svalvelə müraciət edərək, Ukraynaya yardımı dayandırmamağı xahiş edib. Konqresmenin sözlərinə görə, Yermak əmindir ki, “Ukrayna hərbi dəstəyin dayandırılması qonşu ölkələrdə eskalasiyaya gətirib çıxaracaq”.
Tural