Müğənni Tacir Şahmalıoğlu və Fədayə Laçın bir araya gəlib.
İfaçılar Rusiyada toy məclisində görüşüblər. Fədayə Tacirin videosunu yayımlayıb. Sənətçilərin uzun illər küsülü olduğu vurğulanıb.
Moderator.az-a açıqlama verən Fədayə Laçın bütün bu yayılan söz-söhbətləri şayiə adlandırıb.
“Biz heç vaxt küsülü olmamışıq. O nə söhbətdirsə bilmirəm. Hər dəfə bizi birgə toyda, məclisdə görəndə o dəqiqə yazırlar ki, barışıblar. Nə vaxt dalaşdığımızı bizə desinlər! Nə vaxt dalaşmışıq? Nə vaxt Tacirlə problemim olub?! Mən Tacir haqda nə vaxt pis bir söz demişəm?! Və yaxud o mənim haqqımda nə vaxt pis danışıb?! Deyibsə mən nə cür reaksiya vermişəm?! Mən dalaşmışammı? Yoxsa boş vermişəm?! Biz heç vaxt dalaşmamışıq. Mən problemli adam deyiləm. Tacir mənim xətrimi, mən də onun xətrini çox istəyirəm. Adamın üstündə Allah var. Tacir nə vaxt məni görübsə həmişə mehribanlıqla qarşılayıb, toyumuzu, məclisimizi yola vermişik. Deyib gülə-gülə, zarafatla, ləzzətli oxuya-oxuya, sənətimizlə camaatın sevgisini qazana-qazana. Bizim duetlərimizi hamı sevir. Birlikdə oxumağa 1998-ci ildən başlamışıq. 1998-ci ildən bu yana bizi hamı toylarında duet ortağı olaraq görmək istəyir. Taciri Bakıdan, məni isə Moskvadan Nijni-Novqorod şəhərinə dəvət etmişdilər. Gözəl müğənnimiz Afət Fərmanqızı da orada idi. O da bizim sənətimizi dəhşət çox istəyir. Mən də onun bu xasiyyətinə görə onu çox istəyirəm. Onunla birlikdə nə qədər toylara düşmüşüksə hər zaman hər yerdə durub deyib ki, Fədayə sənətkardır. Mikrofonu əlinə götürüb ünvanıma gözəl sözlər deyir. Mən də Tacirin Afətlə oxuduğu dueti paylaşmışdım” deyə müğənni bildirib.
“Tacir Şahmalıoğlu ilə yenidən yaradıcılıq yollarınız kəsişə bilər?” sualına müğənni belə cavab verib.
“Xeyr. Biz yalnız toylarda, el şənliklərində bir araya gəlirik. Biz oxuyanda insanlar sanki konsertə gəlmiş kimi davranırlar. Hamı deyir ki, oxuyun dinləyək. Kaşki musiqini anlayan insanlar daha çox olardı. Allah el-obamızı, millətimizi qorusun” deyə müğənni bildirib.