Xəbərlər
Qəzza zolağında əməliyyat nə vaxta kimi davam edəcək?
“İsrail Müdafiə Qüvvələrinin (IDF) əməliyyatı üç aya qədər çəkə bilər”.
Millinews.az “The Times Of Israel” qəzetinə istinadla xəbər verir ki, əməliyyatın vaxtını İsrailin müdafiə naziri Yoav Qalant açıqlayıb.
“Bu, Qəzza zolağında son manevr olmalıdır, ona görə ki, ondan sonra HƏMAS olmayacaq. Bu, bir ay, iki, üç ay çəkə bilər, lakin nəticədə HƏMAS öz fəaliyyətini dayandıracaq”, – deyə nazir bildirib.
Bundan əvvəl İDF Qəzza zolağında hərbi obyektlərə zərbələr endirmək üçün “Polad Neçtər” minaatan mərmisindən istifadə etdiyini bildirmişdi .
Hüseyn İbadlı