Xəbərlər

Kamran Əliyev Çinin Baş prokuroru ilə görüşdü

615731fc 280b 3bef b393 accfeb9c156e 850

Baş prokuror Kamran Əliyev Pekinə işgüzar səfəri çərçivəsində Çinin Baş prokuroru Yinq Yonq ilə ikitərəfli görüş keçirib.

Millinews.az xəbər verir ki, nümayəndə heyətini səmimi salamlayan Yinq Azərbaycan və Çinin dost dövlətlər olduğunu bildirərək bir çox sahəni əhatə edən uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayıb.

Yinq Yonq ötən ilin sentyabr ayında Səmərqənddə dövlət başçılarının görüşünü xatırladaraq, bu dialoqun ölkələrimizin müxtəlif dövlət qurumları, o cümlədən prokurorluqlarımız arasında əlaqələrin inkişafına yeni təkan verdiyini bildirib. Bu ilin mart ayında isə Baş prokuror vəzifəsinə təyin olunması ilə əlaqədar təbrik məktubuna görə azərbaycanlı həmkarına təşəkkürünü ifadə edib.

Kamran Əliyev qonaqpərvərliyə görə minnətdarlığını bildirərək ölkələrimiz arasında əsrlər boyu mövcud olan ikitərəfli əlaqələrin tarixindən danışıb. Müstəqilliyin ilk illərində Ulu öndər Heydər Əliyevin, müasir zamanımızda isə Prezident İlham Əliyevin və Çinin sədri Si Cinpinin uzaqgörən siyasətləri nəticəsində iki ölkə arasında olan münasibətlərin yüksələn xətlə və uğurla inkişaf etdiyi vurğulanıb.

Baş prokuror Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulduğunu, bir ay öncə isə Azərbaycan Ordusu tərəfindən aparılmış lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu barədə həmkarını məlumatlandırıb.

Ölkə rəhbərliyinin diqqət və qayğısı ilə işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq bərpa işlərinin aparıldığı bildirilərək, bu proseslərdə Çin şirkətlərinin rolu xüsusi vurğulanıb.

Daha sonra tərəflər prokurorluqlarımız arasında hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar. Cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquqlarının qorunması, qarşılıqlı peşəkar səfərlər və təcrübə mübadiləsini nəzərdə tutan əməkdaşlıq haqqında memorandumun imzalanması barədə razılığa gəlinib.

Yinq Yonq həmkarını növbəti ilin aprel ayında Makauda keçiriləcək Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin iclasına, Kamran Əliyev isə həmkarını 2024-cü ilin sentyabr ayında Azərbaycanda keçiriləcək ümumdünya prokurorlarının illik konfransına işgüzar səfərə dəvət edib.

Həmçinin, cinayətkarlıqla mübarizə sahəsində tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov iştirak edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu