Xəbərlər
Azərbaycanlı tələbə ABŞ-da vəfat etdi
ABŞ-ın paytaxtı Vaşinqtonda magistr təhsili alan BMU-nun məzunu Nicat Hüseynov avtomobil qəzasından sonra dünyasını dəyişib.
Millinews.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.
O, müalicə aldığı Corc Vaşinqton Universitetinin hospitalında vəfat edib.
Qeyd edək ki, Nicat Hüseynov BMU-nun kompüter mühəndisliyi ixtisasından məzun olub.