Polşa hədələdi, Ukrayna nota verdi
Ukraynanın Polşadakı səfirliyi noyabrın 3-dən etibarən sərhədi bağlamaqla hədələyən polşalı yük maşını sürücülərinə etiraz edərək, ölkələr arasında sərhədin bağlanmasının qarşısını almaq xahişi ilə Polaşa Xarici İşlər Nazirliyinə nota göndərib.
Millinews.az xəbər verir ki, bu barədə Ukraynanın Varşavadakı səfiri Vasili Zvariç “Ukrinform” agentliyinə məlumat verib. Zvariç qeyd edib: “Səfirlik Polşa Xarici İşlər Nazirliyinə Ukrayna-Polşa sərhədindən hərəkətin məhdudlaşdırılmasının qarşısını almaq üçün tədbirlər görmək xahişi ilə rəsmi nota göndərib”.
Diplomatın fikrincə, etirazçılar tərəfindən sərhədin bağlanması Polşanın, eləcə də Ukrayna ərazisində layihələrin həyata keçirilməsində iştirak etmək istəyən sahibkarların imicinə xələl gətirəcək.
Bundan əvvəl Ukraynanın Dövlət Sərhəd Xidməti məlumat vermişdi ki, varşavalı həmkarları bildiriblər ki, polşalı yük maşınlarının sürücüləri Ukraynanın rəqabətini məhdudlaşdırmaq tələbi ilə noyabrın 3-dən ilin sonuna qədər iki ölkənin sərhədindəki keçid məntəqələrini bağlamağı planlaşdırırlar.
Çərşənbə axşamı səhər Ukraynanın İnfrastruktur Nazirliyi keçid məntəqələrinin mümkün bloklanması ilə bağlı daxil olan məlumatlara görə Polşa və Avropa Komissiyasının nümayəndələri ilə görüş keçirməyə təşəbbüs edib.
Polşalı sürücülər ötən ilin sentyabrında Ukrayna ilə sərhəddə keçid məntəqəsini bağlayıblar. Bu il ölkəyə ucuz Ukrayna taxılının axınına etiraz edən polşalı fermerlər tərəfindən keçid məntəqələri dəfələrlə bloklanıb.
Tural