İdman

Hadisə yerində ilk cəsəd tapıldı: Rəisi ilə birgə HƏLAK olanların adları açıqlandı – FOTO

İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti helikopter qəzasında həyatını itirib.

Bu barədə İranın Mehr Agentliyi xəbər verib.

Prezident Rəisi bazar günü helikopterlə İran-Azərbaycan sərhədində bəndin açılış mərasimində iştirak edib.

İran dövlət televiziyası qəzanın Rəisiyə məxsus helikopterin bölgədən qayıdarkən sərt eniş etməsi nəticəsində baş verdiyini bildirib.

Helikopterdə prezidentlə birlikdə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imam cüməsi Ayətullah Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub.

Axtarış-xilasetmə qrupları əlverişsiz hava şəraiti səbəbindən işlərin çətinliklə davam etdirib.

Daha sonra Türkiyənin AKINCI pilotsuz uçuş aparatı axtarışlara cəlb edilib.

Qəzaya uğramış helikopterin qalıqları yanmış vəziyyətdə aşkarlanıb.

Artıq İranın rəsmi media orqanları öz loqolarını matəm əlaməti olaraq qara rəngə boyayıblar. / Apa

***

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin sərnişinlərdən birinin cəsədinin görüntüləri yayılıb.

Fotodakı cəsədin kimə məxsus olduğu aydın etmək mümkün deyil.

Sözügedən fotonu təqdim edir:

Qeyd edək ki, daha əvvəl Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kulivənd İran Dövlət Televiziyasına açıqlamasında bütün sərnişinlərin həlak olduğunu bildirib. Milli.az

1205475 1
1716178572 664acc34479d2664acc34479d31716177972664acc34479c6664acc34479d1

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu