Xəbərlər

“Barselona” Vinisiusdan üzr istədi: Məni eşidirsə…

barselona loqo5885

“Barselona” Vinisius Junioru təhqir edən yazıya görə üzr istəyib.

Millinews.az xəbər verir ki, buna səbəb klubun idarə heyətinin üzvü Mikel Kampsun “X” sosial şəbəkə hesabında “Vinisius təlxəkdir və başı bir silləyə layiqdir” paylaşımıdır. “Barselona”nın vitse-prezidenti Rafa Yuste bu paylaşıma görə üzrxahlıq edib:

“Bunu etmək lazım deyildi. Bu pis tvitdir. Əgər Vinisius məni eşidirsə, sizi əmin edirəm ki, bu, bir daha təkrarlanmayacaq”.

Kampsun paylaşımı “Real” rəhbərliyini qəzəbləndirib. Madrid klubunun prezidenti Florentino Peres tvitdən sonra həftəsonu “Barselona”da baş tutacaq “El-Klasiko”yla bağlı səfərini ləğv edib. O, “Barsa” rəhbərlərinin hadisəyə biganə yanaşmasından qəzəblənib.

Heybət

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu