Xəbərlər

Nura Ülviraya əsəbiləşib efiri tərk etdi

ARB telekanalında yayımlanan “Günə son” verilişində gərgin anlar yaşanıb.

Millinews.az xəbər verir ki, proqramda qonaq olan müğənni Nura Suri aparıcı Ülvira Qarayevaya əsəbiləşərək canlı yayımı tərk edib. Buna səbəb isə dəvət olunan qonaqlara danışmağa şəraitin yaradılmaması olub:

“Bilsəydim ki, burada 8 nəfər adam olacaq və ağız deyəni qulaq eşitməyəcək, heç kim öz fikrini demiyəcək, eyni hamının bildiyi mövzü ətrafında söhbət olacaq, bu verilişə gəlməzdim. İmkan vermirsiniz ki, insanlar danışsın!”.

Onun bu sözlərindən sonra isə aparıcı Ülvira Qarayeva “İmkan verə bilərik ki, mahnı oxuyasan” deyib. Nura isə “Yox, oxumaq istəmirəm. Getmək istəyirəm. Mən özümü doğurdan da narahat hiss edirəm. Danışdığımız söhbətin heç bir mənası yoxdur” cavabını verib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu