Xəbərlər
İsrail rəsmisi: “İsraillilər azad edilməyənədək Qəzza zolağı blokadada qalacaq”
“HƏMAS tərəfindən qaçırılmış israillilər azad edilməyənədək, Qəzza zolağı blokadada qalacaq”
Bu açıqlama ilə İsrailin energetika naziri İsrael Kats çıxış edib.
Xatırladaq ki, oktyabrın 9-da məhz İsrael Katsın göstərişi ilə Qəzza zolağına suyun verilməsi dayandırılıb.
O, həmçinin Qəzzanın elektrik enerjisi və yanacaq təchizatının da kəsildiyini qeyd edib.
Mənbə: TASS