Xəbərlər

Hakan Fidan Aİ-ni ikili standartlara görə TƏNQİD ETDİ

1689192948 hakan fidan aa 2072620 2 1

“Avropa İttifaqı (Aİ) Ukrayna və Fələstinə qarşı ikili standartlar nümayiş etdirir”.

Millinews.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Berlində qapalı görüş zamanı deyib.

“Söz azadlığı adı altında müqəddəs kitabımız Qurani-Kərimə hücumlara icazə verənlər Fələstindəki vəziyyətə etiraz etmək istəyənlərin qarşısını alırlar. Bu, qəbuledilməz ikili standartdır. Nazir həmçinin Aİ-nin Qəzza və Ukraynadakı mülki şəxslərə qarşı ikili standartlar siyasətini kəskin tənqid edib”, – deyə diplomatik mənbə bildirib.

Bundan əlavə, Fidanın danışıqlar prosesində konkret dövlətlərin eqoist maraqlarına uyğun istifadə etmədən, qərəzsiz iştirakın vacibliyini vurğuladığı bildirilir.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edərkən, İsrailin Qəzza zolağındakı hərəkətlərini dəstəkləyən ölkələri tənqid edib.

Hüseyn İbadllı

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu