Xəbərlər

Ostin Vaşinqtonda Xalid bin Salmana İsraillə bağlı nə deyib?

austin and halid bin selman re 2134680 1

ABŞ müdafiə naziri Lloyd Ostinlə Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Vaşinqtonda görüşüblər.

Millinews.az xəbər verir ki, görüş zamanı Ostin ABŞ-ın Səudiyyə Ərəbistanının müdafiəsinə sadiqliyini bir daha təsdiqləyib və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsini vurğulayıb. Səudiyyə Ərəbistanına regional roluna görə təşəkkür edən Ostin bölgədəki təhdidlərlə bağlı Səudiyyə ilə əməkdaşlığı davam etdirəcəklərini qeyd edib.

Ostin Səudiyyə Ərəbistanından olan həmkarının diqqətinə çatdırıb ki, ABŞ İsrailə dəstəyi davam etdirəcək. Eyni zamanda mülki insanları qorumaq və Qəzzaya humanitar yardım göndərməkdə qərarlı olduqlarını da bildirib. İki nazir regionda gərginliyin daha da artmasının qarşısını almaq üçün birgə işləmək barədə razılığa gəliblər.

Nəzrin

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu