Xəbərlər
Mərkəzi Bankdan kritik qərar: Uçot dərəcəsi 35%-ə qaldırıldı
Türkiyə Mərkəzi Bankı cümə axşamı keçirdiyi iclasda uçot dərəcəsini 30%-dən 35%-ə qaldırıb.
Millinews.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Komitəsi uçot dərəcəsini 500 bənd artıraraq 35%-ə çatdırmaq qərarına gəlib”, – deyə məlumatda bildirilir.
Türkiyə milli valyutası oktyabrın əvvəlində dollar qarşısında tarixi minimumunu yeniləyərək, bir dollar üçün 28 lirəni keçib.
Sentyabr ayında keçirilən iclasda uçot dərəcəsi dərəcəsini 500 baza bəndi – 25%-dən 30%-ə qaldırılmışdı.
Türkiyə Mərkəzi Bankı hələ iyun ayında yüksək inflyasiya proqnozu dəyişənə qədər pul siyasətini mərhələli şəkildə sərtləşdirməyə davam edəcəyini bildirmişdi.
Tural