Xəbərlər
Birgə taktiki təlimdə silah və texnika sərgisi nümayiş etdirildi
![Birgə taktiki təlimdə silah və texnika sərgisi nümayiş etdirildi 1 c7eff5a2 6f50 3451 9696 10f912f94834 850](https://millitv.net/wp-content/uploads/2023/10/c7eff5a2-6f50-3451-9696-10f912f94834_850-780x470.jpg)
Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə silah və texnika sərgisi nümayiş etdirilib.
Millinews.az xəbər verir ki, qonaqlar Azərbaycan Ordusunun arsenalında olan zirehli döyüş maşınları, müxtəlif təyinatlı hərbi texnika, pilotsuz uçuş aparatları, eləcə də digər hərbi vasitələrlə tanış olublar.
“Yüksək səviyyəli müşahidəçi günü”ndə, həmçinin Türkiyənin “ROKETSAN”, “HAVELSAN”, “ASELSAN”, “BAYKAR” və digər şirkətlərin stendləri də qonaqlara təqdim edilib.
Sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.