Xəbərlər

HƏMAS terror təşkilatı deyil: İsrailə ağıl verin

hemas

HƏMAS terror təşkilatı deyil.

Millinews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS-ı terrorçu hesab etmədiyini bildirib. “Həmas terror təşkilatı deyil, öz torpaqlarını və vətəndaşlarını qorumaq üçün mübarizə aparan bir qrup mücahiddir” deyən Türkiyənin dövlət başçısı İsrailə əvvəlcədən planlaşdırılmış səfərini ləğv etdiyini də diqqətə çatdırıb.

“Bizim İsrail dövləti ilə heç bir problemimiz yoxdur, lakin biz İsrailin törətdiyi vəhşilikləri və onun dövlət deyil, bir təşkilat kimi fəaliyyət tərzini heç vaxt bəyənməmişik. İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin demək olar ki, yarısı uşaqlardır. Bu onu göstərir ki, məqsəd insanlığa qarşı cinayət törətməkdir”, – Ərdoğan deyib.

O, “ağıl və vicdan sahibi” olan ölkələri “İsraili ağıllandırmaq üçün” Netanyahu hökumətinə təzyiq göstərməyə çağırıb:

“Biz Fələstin tərəfinin təminatçılarından biri olmağa hazırıq və regionun bütün nüfuzlu oyunçularının iştirak edəcəyi beynəlxalq Fələstin-İsrail sülh konfransı təşkil etməyi təklif edirik”.

Mehti Kamiloğlu

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu