Xəbərlər

Ərdoğan Hatayda 7275 evi öz sahiblərinə təhvil verəcək – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda tikilən 7 275 evi sahiblərinə təhvil verəcək.

Millinews.az APA-a istinadən xəbər verir ki, evlər ötən il fevralın 6-da baş verən zəlzələlərdən sonra tikilib.

Məlumata əsasən, Ərdoğan “Əsrin fəlakəti” adlandırılan zəlzələnin birinci ildönümündə sözügedən bölgəyə səfər edəcək. Prezident bölgədə aparılan tikinti işləri ilə tanış olacaq, eləcə də tikintisi başa çatan evlərin sahiblərinə təhvil verilməsi mərasimində iştirak edəcək.

Prezident ilk səfərini bu gün Hataya edəcək, sabah isə Qaziantepdə olacaq. Fevralın 6-da o, iki böyük zəlzələnin episentri olan Kahramanmaraş şəhərinə gedəcək. Ərdoğan, yaxın günlərdə zəlzələ bölgəsinə səfərlərini davam etdirəcək.

1706954137 65be031e28a7d65be031e28a7e170695145365be031e28a7965be031e28a7b
1706954148 65be031da881f65be031da8820170695145365be031da881c65be031da881e
1706954093 65be031d22eec65be031d22eed170695145365be031d22eea65be031d22eeb

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu