Bu azərbaycanlı məşhur övladını görün necə dünyaya gətirdi – FOTOLAR
İngiltərə yaşayan azərbaycanlı bloger Günay Hayri ikinci övladını suda dünyaya gətirib.
OLAY yazır ki, o bu barədə sosial media hesabında paylşım edib:
“İkinci doğuşumu suda etdim. Birinci epidural iynə ilə təbii olmuşdu, 2-ci hamiləliyim şiddətli bel ağrısı ilə müşahidə olunduğu üçün mənə suda doğuşu təklif etdilər və mən razılaşdım.
Bel ağrıma su yaxşı təsir etsə də, 2-ci dəfə də epidural iynəsini seçmədiyim üçün çox peşman oldum: nə yalan deyim. Yəni, suda doğuş sancının şiddətini azaltmır. Proses sürətli baş versə də, suda doğuşu bəyənmədim. Bütün həkimlər mənim palatama gəlib “Suda doğuş edən qlamur xanım sizsiniz?” deyirdi”.
Qeyd edək ki, Günay Londonda yaşayır. O, ingilis bəylə ailə qurub. Cütlüyün ilk övladı qızdır, Etan Donald Ceyms Hayri isə iyulda dünyaya gəlib.