Bakı Təşəbbüs Qrupunun ofisi açıldı
Bakı Təşəbbüs Qrupunun Ofisinin açılışı olub.
Millinews.az xəbər verir ki, açılış mərasimində Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov, qurumun rəsmiləri, müstəmləkə altında ola regionların rəsmi şəxsləri iştirak edib.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun ofisi “Winter Plaza”da yerləşir.
Xatırladaq ki, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb.
Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni-müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyib, Fransanın xaricdəki müstəmləkələrində ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.