Ölkə
“Qız kimsəsiz idi, yazığı gəlirdi ki, arada yemək filan verirdi” – Hamamdakı hadisə necə baş verib? – VİDEO
Ötən gün Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində hamam otağından qızla oğlanın meyiti tapılıb.
ATV-nin çəkiliş qrupu sözügedən mənzildə olub.
Məlumata görə, dünyasını dəyişən 37 yaşlı Ələmdar Babayev subay olub və ailəsi ilə birgə yaşayıb.
Onunla birgə dəm qazından boğulan qız isə uşaq evində böyüyüb. Onların necə tanış olduqlarını isə heç valideynləri də bilməyib.
“Qız kimsəsiz idi, o qıza o qədər yazığı gəlirdi ki, arada gəlirdi yemək filan verirdi. Bu mənzildə zirzəmidə qalırdı arada.
Bunlar yatırdı gecə saat 1-2 olardı, oğlan deyib ki çiməcəm. Hamamda da problem var idi. Bu gedib çimib. Nə olub-olmadığını bilmirik”.