Leyla Abdullayeva ilə Paşinyan debata çıxdı
Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə keçirilən Altıncı Sülh Konfransında Azərbaycanın apardığı “etnik təmizləmə”dən danışdıqdan sonra Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edib.
Millinews.az Axar.az-a istinadən xəbər verir ki, L.Abdullayeva Azərbaycanın 2020-ci ildə və sonrakı dövrdə fəaliyyətinin yeganə məqsədinin ərazi bütövlüyünü bərpa etmək olduğunu vurğulayıb.
O bildirib ki, beynəlxalq ictimaiyyət də Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Bakının özü sülh prosesinin təşəbbüskarı olub və Fransanın xarici işlər naziri İrəvanda Ermənistana silahla kömək etmək barədə danışanda Fransanı sülh prosesinə mane olmaqda ittiham edib.
Paşinyan bildirib ki, Azərbaycan bir tərəfdən sülhdən danışır, digər tərəfdən Ermənistanı “Qərbi Azərbaycan” adlandırır.
“Fransa məsələsinə gəlincə, hər bir suveren ölkənin orduya sahib olmaq və özünü müdafiə etmək üçün silahlanmaq hüququ var.
Azərbaycan külli miqdarda silah alır və onların silah almaq üçün büdcəsi Ermənistanın hərbi xərclərindən 3 dəfə çoxdur. Əgər Azərbaycan üç razılaşdırılmış prinsipi təsdiq edərsə, yaxın aylarda sülh müqaviləsinin imzalanması reallıqdan da artıqdır”, – Paşinyan bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.